Bakıda qanunsuzluq – nazirlik həyəcan təbili çalır VİDEO

Bakıda qanunsuzluq – nazirlik həyəcan təbili çalır VİDEO
20 İyun 2018 15:33

Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsi 27 ünvanında kütləvi ağac kəsilməsilə bağlı şikayət daxil olub.

Realpress.az istinadla bildirir ki, BAKU.WS
-ə daxil olan şikayətə əsasən, hadisə bayram günlərində baş verib. Şikayətçi bildirib ki, kimliyi məlum olmayan şəxslər ağacları kəsərək yük maşınları ilə ərazidən uzaqlaşıblar.

Çəkilən görüntülərdən də məlum olduğu kimi kəsilən ağaclar “Qazel” markalı, 99 JD 861 nömrə nişanlı yük maşını ilə aparıblar.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ barədə xəbərdardılar. Onun sözlərinə görə, hazırda bu sahədə araşdırma aparılır.

“Əməkdaşlarımız həmin ərazidə olublar. Araşdırma aparılır. Araşdırmalardan sonra cavabdeh şəxslər barədə qanuna müvafiq tədbirlər görüləcək. Onların barəsində cərimələr tətbiq ediləcək”, - deyə İ.İbrahimova bildirib.

Qurum rəsmisi deyir ki, belə hallarda nazirliklə birgə vətəndaşlar da mübarizə aparmalıdırlar.

 “Nazirlik belə hallara qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Buna baxmayaraq yenə də ağac kəsilməsi hallarına rast gəlinir. Əsasən də paytaxtda bəzi sahibkarlar və vətəndaşlar qanuna zidd olaraq ağac kəsilir. Yaşıllıq sahələri məhv edilir. Tikinti şirkətləri yaşıllıq əraziləri nəzarə almadan tikinti işləri aparırlar. Ağaclar kəsilir və yaşıllıq ərazilərə ziyan vurulur”, - deyə nazirlik rəsmisi bildirib.

İ.İbrahimova deyir ki, belə halların qarşısını almaq üçün cərimələrin məbləğini artırmaq məqsədəuyğundur.

“Cərimələr artırılmalıdır ki, bunu edən şəxslər yüksək cərimələrdən qorxaraq ağac kəsilməsindən çəkinsinlər. Bundan başqa, cəmiyyətin qınağı və vətəndaşlıq münasibətləri burada böyük rol oynayır”.

Qeyd edək ki, vətəndaşlar beə hallarla birgə mübarizə aparmaq üçün nazirliyin 168 saylı “qaynar xətt”inə müraciət edə bilərlər. Təbiəti qorumaq üçün bütün vətəndaşlar birgə mübarizə aparmalıdırlar. Gözləmək olmaz ki, nazirlik yaxud icra hakimiyyətləri ağac kəsiləndən sonra məsələyə münasibət bildirsinlər.

İ.İbrahimova deyir ki, bundan sonra vətəndaşlar tikinti gedən ərazilərdə, hasarlanmış yerlərdə ağac kəsilməsi təhlükəsi gördükdə nazirliyə xəbər versinlər. Bununla da, yarana biləcək hansısa problemin qarşısını vaxtında almaq olar.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.