Braziliyada film kimi hadisə — Zorlanan qız 12 il sonra polis olub qisas aldı

Braziliyada film kimi hadisə — Zorlanan qız 12 il sonra polis olub qisas aldı
20 İyun 2018 14:36

Braziliyada maraqlı hadisə qeydə alınıb.

“Realpress.az” xəbər verir ki, 9 yaşında zorlanan qız böyüyərək polis olub və onu zorlayan şəxsi tutaraq həbsə göndərib.

2016-cı ilin dekabr ayında Tabata və Fabrisio yenidən üz-üzə gəlib. Bu, 12 ildən sonra baş verən ikinci görüş idi. Tabatanın 9 yaşı olanda 39 yaşlı evli, ailə dostu Fabrisio iki il ərzində zorlayıb.

Amma ikinci görüşdə Fabrisionun qolu qandallı olub. Tabata onu tutaraq digər əlindəki tapancanı caniyə yönəltmişdi.

Tabata bildirir ki, Fabrisio təbiəti sevən fotoqrafdır. Ətrafındakı insanlara sahillər, çaylar və gəzdiyi yerlər haqqında danışır. Tabatanın ailəsi ilə tanış olan Fabrisio qısa müddətə qızın atası ilə dostlaşır.

İki ailə qısa müddət sonra birlikdə səfərə çıxır və Uruqvay çayı yaxınlığında düşərgə qurur.

Tabata hadisəni belə xatırlayır: “Heç kəs olmayanda yanıma gəlir, məni əlləyirdi. Amma nə olduğunu başa düşmürdüm. İnsanlardan uzaqda, ağacların arasında, çayda üzəndə mənə təcavüz edirdi.

Bir gün onunla su almağa getdik. Məni yenə əllədi, əlindəm çıxıb qaçmağa başladım. Atam və anam heç nəydən şübhələnmədilər. Çünki ona çox etibar edirdilər.

Atam çox əsəbi adam idi. Onu öldürüb həbsə girə bilərdi. Bir uşağın beynindən min fikir keçir. Həm də elə bilirdim ki, anam mənə inanmayacaq”.

Fotoqraf  Tabatanın universitet müəllimi olan bacısı olduğunu, anasının axşamlar işlədiyini, atasının da o saatda futbol oynadığını bilirmiş. Bu səbəbdən axşamlar gəlib çirkin əməllərinə davam edirmiş.

Tabata 11 yaşı olanda artıq söyüş söyərək etiraz edirmiş. O, anası xəstə olduğu üçün məsələni açıb-ağarda bilməyib. Eyni dövrdə isə atası Fabrisionun arvadı ilə intim münasibət qurub. İki dost düşmənə çevrilib.

Tabata uzun müddət baş verənləri unuda bilməyib. 16 yaşı olanda dostunun anasına məsələni danışıb. Məlum olub ki, fotoqraf başqa qızlara da təcavüz edib.

7 il sonra qız polisə şikayət edib. Amma işə baxılmayıb. Prokuror isə qıza qarşı kobud davranıb.

Fabrisio 7.5 il həbsə məhkum edilsə də, apellyasiya şikayəti ilə azadlığa buraxılıb. Bu zaman Tabatanın 24 yaşı var idi və polis akademiyasından məzun olurdu.

2016-cı ildə Tabataya xüsusi bir tapşırıq verilib. Fabrisio çay sahilindəki fermada gizlənirdi. Tabatanın polis həmkarı fotoqrafı həbs edir, onu kameraya isə qız özü göndərir...


23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.