Azərbaycanlı alimin məruzəsi beynəlxalq konfransda maraqla qarşılanıb

Azərbaycanlı alimin məruzəsi beynəlxalq konfransda maraqla qarşılanıb
20 İyun 2018 11:41

Qazaxıstanın Almatı şəhərində “Böyük İpək Yolu üzərində Mərkəzi Asiya: antik dövrdən müasir zamana qədər mədəniyyətlərin və dinlərin dialoqu” mövzusunda keçirilən beynəlxalq elmi konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda “Oğuz genealoji mifləri tarixi yaddaşın əksi kimi” mövzusunda məruzə ilə çıxış edən Ş.Mustafayev qədim dövrlərdən etibarən türk xalqlarının tarixi özünüdərk prosesində genealoji miflərin və şəcərələrin, o cümlədən yazılı ədəbiyyatda əksini tapmış “Oğuznamə” ənənələrinin əhəmiyyətindən bəhs edib. Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin əsas məqsədi tarixi coğrafiya, Mərkəzi Asiya xalqlarının tarixində urbanizasiya və köçərilik, əhalinin miqrasiyaları və mədəni genezis, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, Mərkəzi Asiya ölkələrinin mədəni mirasının qorunması və tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi problemləri və istiqamətləri üzrə müzakirələrin aparılması olub. Konfransın işində 20 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Rusiya, Yaponiya, Qırğızıstan, Ukrayna, Özbəkistan, Çin, Tacikistan və digər ölkələrin alimləri iştirak ediblər. Tədbir UNESCO-nun Almatı klaster bürosu və Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi tərəfindən təşkil olunub.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.