Rus araqları bahalaşacaq

Rus araqları bahalaşacaq
20 İyun 2018 11:40


Rusiya Maliyyə Nazirliyi araq, konyak və şampan üzrə  minimum pərakəndə qiymətləri nəzərdən keçirə bilər.

Realpress.az  xəbər verir ki, spirtin bütün növləri uçun vahid formula üzrə minimal qiymətlərin hesablanması aparılır. 

Bu arada, şərab və şərab içkiləri ilə bağlı ilk dəfədir minimal qiymətlər müəyyən ediləcək. 

Ekspertlərin rəyinə görə, proses sprirtli içkilərin bahalaşdırılmasına doğru gedir. 

Xatırladaq ki, Rusiyada spirtli içkilərin minimal qiymətlərinə 2017-ci ilin aprel ayında baxılıb. Həmin vaxt hökumət bu məhsulların 0,5 litrinin dəyərini 190 rubldan 205 rubla qaldırıb. Hazırda Rusiyada 0,5 litr konyakın dəyəri 371 rubl təşkil edir. 

Onu da qeyd edək ki, Rusiya istehsalı olan spirtli içkilər yerli bazarda mühüm yer tutur. Hesablamalara əsasən, Azərbaycana gətrilən spirtli içkilərin 40 faizi Rusiyanın payına düşür.

Deməli, qonşu dövlətdəki qiymət artımı bazarda rus araqlarının bahalaşmasına gətirib-çıxaracaq. 

Nəzərə çatdıraq ki, bu ilin ilk dörd ayı ərzində ölkəyə idxal edilmiş spirtli və spirtsiz içkilərin həcmi (19 286,09 min dollar olub) bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% artıb. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.