Vergi bəyannamələrinə edilən dəyişikliklər bəlli oldu

Vergi bəyannamələrinə edilən dəyişikliklər bəlli oldu
20 İyun 2018 11:24


Bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib.

Realpress.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarət Departamentinin Bəyannamələr İdarəsinin direktoru Vüqar Əliyev açıqlama verib.

O bildirib ki, dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də, bir hesabat formasına müvafiq dəyişikliklər edilib:

“Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4, 5 nömrəli əlavələrinə, “Əmlak vergisinin bəyannaməsi”nə və onun Əlavəsinə, “Dövlət rüsumu tutulması haqqında hesabat”ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər olunub”.

V.Əliyev deyib ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin yeni formada tərtibi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsini mümkün edir:

“Əlavə dəyər vergisinin bəyannaməsi”nin üç nömrəli Əlavəsinə edilmiş dəyişikliklərə görə, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb.

Dörd nömrəli Əlavəyə dəyişikliklə “0” dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlik təmin olunub. Beş nömrəli Əlavənin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergiödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək”. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.