Millimiz dörd illik fasilədən sonra DÇ-nin seçmə mərhələsində

Millimiz dörd illik fasilədən sonra DÇ-nin seçmə mərhələsində
20 İyun 2018 10:58


Qadın həndbolçular arasında dünya çempionatının (DÇ) I seçmə mərhələsinin püşkü atılıb. 

Realpress.az xəbər verir ki, Azərbaycan yığması dörd illik fasilədən sonra yarışa qatılıb.

Şotlandiyanın Qlazqo şəhərində baş tutan püşkatmada komandamız IV qrupda yer alıb. Rəqiblərimiz Türkiyə, Makedoniya və İslandiya həndbolçuları olacaq.

Reqlamentə əsasən, qrup qalibi “pley-off”da iştirak hüququ qazanacaq. I seçmə mərhələdən yüksələcək dörd yığmaya növbəti mərhələdə Xorvatiya, Çexiya, Danimarka, İspaniya, Almaniya, Macarıstan, Monteneqro, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveç və Avstriya milliləri qoşulacaq.

Ümumilikdə, DÇ-də Avropa qitəsinə 13 yer verilib. Fransa qitə çempionu (2017) kimi artıq final mərhələsindədir. “Köhnə qitə”dən birbaşa daha üç ölkə də onlara qoşulacaq. Bu, AÇ-2018-in “üçlüy”ü olacaq. Digər doqquz komanda isə “pley-off”ların yekununa əsasən bilinəcək.

Qeyd edək ki, DÇ-2019-un final mərhələsi gələn il Yaponiyanın Kumamoto şəhərində keçiriləcək. 24 ölkənin iştirakı ilə baş tutacaq həlledici mərhələ noyabrın 29-da start götürüb, dekabrın 15-də başa çatacaq.


16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.