Əgər başınız belə ağrıyırsa... - MÜTLƏQ OXUYUN

Əgər başınız belə ağrıyırsa... - MÜTLƏQ OXUYUN
20 İyun 2018 10:24

Baş ağrıları hər birimizi vaxtaşırı narahat edir. Lakin bilmək vacibdir ki, baş ağrıları müxtəlif cür olur və fərqli səbəblərdən dolayı yaranır.

Bəs adi yorğunluq ilə orqanizmin həyəcanlı siqnalını necə fərqləndirmək olar?

Realpress.az publika.az-a istinadən təhlükəli xəstəliyin ilk əlamətləri olan baş ağrıları ilə adi baş ağrılarının fərqlərini təqdim edir:

1. Gicgah və ya təpədə qəfil və sürətlə güclənən ağrılar

Bu ağrı çox qorxuludur, çünki o, birdən peyda olur və çox tez güclənir. Sanki yuxarıdan başımıza nə isə tökülür. Bu baş ağrıları yarananda dərhal həkimə müraciət etmək vacibdir. Belə ağrı insan həyatı üçün təhlükəli olan bir çox problemlərin göstəricisi halına gələ bilər.

2. Zədədən sonra ağrılar

Əgər siz başınızdan zədə almısınızsa, vaxtaşırı həkim nəzarətinə getməyi unutmayın. Çox vaxt başdan zədələnmə izsiz keçmir və zaman keçdikcə tez-tez baş ağrıları şəklində ortaya çıxır.

3. Səhər baş ağrıları

Əgər siz yuxudan dəhşətli baş ağrıları ilə oyanırsınızsa, bu, o deməkdir ki, dərhal həkimə müraciət etməlisiniz. Nevrologiya elminə əsasən belə ağrı səhhətdə ciddi problemlərin olmasının əlamətidir. Bu, yüksək təzyiq və hətta baş beyin şişlərinin əlaməti ola bilər.

4. Göz və ya gözətrafında ağrılar (klaster ağrısı)

Klaster baş ağrıları isə hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı olması ilə xarakterizə olunaraq başın və sifətin bir yarısına iztirab verir. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edir, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Alimlər hesab edir ki, klaster insanın hiss edə bildiyi ən güclü ağrıdır.

5. Ürəkbulanma və görmə problemi ilə müşayiət edən baş ağrıları

Əgər baş ağrılarını görmə qabiliyyətində zəiflik, pis əhval-ruhiyyə, əsəbilik, ürəkbulanma və boyun ağrıları müşayiət edirsə, mütləq həkimə müraciət edin.

Qısa yaddaş kitabçası

Əgər siz almacıq sümüklərinin yuxarısında və ya göz üzərində ağrılar hiss edirsinizsə, bu, bəlkə də qaymorit əlamətidir.

Əgər boyunun arxasında və yuxarı hissəsində ağrı hiss edirsinizsə, onda boynunda əyrilik və osteoxondroz kimi problemlər ola bilər.

Miqren ürəkbulanma, görmə qabiliyyətinin zəifləməsi ilə səciyyəvidir.

Aşağı təzyiq də baş ağrıları ilə müşayiət oluna bilər. Əksinə isə yüksək təzyiq zamanı baş ağrısı olmaya bilər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.