Dünyanın ən yaşlı meymunu öldü

Dünyanın ən yaşlı meymunu öldü
19 İyun 2018 18:03

Avstraliyanın Pert şəhərindəki zooparkda yaşayan, dünyanın ən yaşlı Sumatra oranqutanı ölüb.

Realpress.az xəbər verir ki, bir müddətdir xəstə olan Puan adlı 62 yaşlı dişi meymun iynə ilə öldürülüb.

1968-ci ildən zooparkda yaşayan Puan 2016-cı ildə növünün ən yaşı üzvü kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Puanın 11 uşağı və 43 nəvəsi var.

Nəsli tükənməkdə olan Sumatra oranqutanları təbiətdə nadir hallarda 50 il yaşayırlar.

1956-cı ildə İndoneziyanın Sumatra meşələrində doğulan Puanın nəvələrinin çoxu Avropa, ABŞ və digər ölkələrdəki zooparklarda yaşayır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.