İranlı general Ruhani hökumətini tənqid etdi: İqtisadiyyat məhv olur

İranlı general Ruhani hökumətini tənqid etdi: İqtisadiyyat məhv olur
19 İyun 2018 17:54

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri Ruhani hökumətini tənqid edib.

“Realpress.az” xəbər verir ki, general iqtisadi problemlərin pis idarəetmədən yarandığını bildirib.

Tehranda keçirilən bir tədbirdə çıxış edən Cəfəri İran prezidenti Həsən Ruhani hökumətinin ölkəni idarə etmə tərzini tənqid edib.
“Cəmiyyətdə ədalətin əldə edilməsi ilə cəmiyyətin maddi və mənəvi inkişafının təmin edilməsi üçün ölkədə hamı işləməlidir. Xalqın dolanışığı və iqtisadi problemlər, düşmənlərin fəaliyyətləri və ölkədəki pis idarəetmə səbəbindən keçilməz dalana dirənib”, - deyə general bildirib.

Cəfəri qeyd edib ki, ölkə hökuməti mövcud şəraitə uyğun olmalıdır: “İdarəetmədə İslamı nəzərdə tutmaq ən önəmli şərtdir. İran İslam İnqilabı Keşikçiləri sadəcə hərbi struktur deyil. Biz əvvəlcə hərbi güc olaraq üzə çıxdıq. Amma bu gün cəmiyyətin hər sahəsində fəaliyyət göstəririk”.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.