Sənətin varsa, niyə Türkiyədə oturmusan? - Tolikdən sərt açıqlama

Sənətin varsa, niyə Türkiyədə oturmusan? - Tolikdən sərt açıqlama
19 İyun 2018 12:31

Prodüser Tolik Türkiyədə ailə quran müğənnilərin ünvanına kəskin fikirlər səsləndirib.

Realpress.az yenicag.az-a istinadla xəbər verir ki, Tolik Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində müğənni Lamiyə Novruzova və digər sənətçiləri yıxıb-sürüyüb:

"Ay xanım, siz Türkiyədə ərdəsiniz? Üç gündən bir şou aləmini daşa basırsınız ki, bəzi müğənnilər kimi başqa kişilərin hesabına sənətdə qalmaq istəmirəm. Heç səndən soruşan var ki, ayın neçəsidir? Heç kim də sənə cavab vermir, çünki səni ciddi saymırlar. Sənin sənətin varsa, niyə Türkiyədə oturmusan? Gəl, sənətinlə gündəmdə qal. Heç kimi bəyənmirsən. Deyirsən o sənətə pis yolla gəlib, bu sənətə kişilərin hesabına gəlib. Allah səni xoşbəxt eləsin, həmişə ər çörəyi yeyəsən. Düzdür, Türkiyəyə ərə gedən bir çox müğənnilər yaman sinələrinə döyürlər ki, biz ömürboyu namusla, qeyrətlə oturub, ər çörəyindən başqa heç bir kişinin çörəyini yeməmişik. Yazıq Aygünlə Röya həmişə daş-qalaq olunublar. Onlar amma başqa kişinin çörəyini yeyiblər, onlar da yanlarında olub".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.