Bank rəsmisi: “Günaybank”dan qanunsuz yolla vəsaitin çıxarılması qeyri-mümkündür

Bank rəsmisi: “Günaybank”dan qanunsuz yolla vəsaitin çıxarılması qeyri-mümkündür
18 İyun 2018 17:35


Bank rəsmisi: “Günaybank”dan qanunsuz yolla vəsaitin çıxarılması qeyri-mümkündür. “Günaybank” ASC-dən hər hansı vəsaitin qanunsuz yolla çıxarılması qeyri-mümkündür.

Realpress.az-ın xəbərinə görə, bunu bankın İdarə Heyətinin Sədrinin vəzifəsini icra edən Zaur Əhmədov deyib.

Z.Əhmədov qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində “Günaybank”ASC-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır.

“Bu məlumatlar həqiqəti əks etdirmir. E.Zeynalov bir ilə yaxındır ki, Günaybank ASC-də çalışırdı. Onun şəxsi borc öhdəlikləri olması barədə şübhələr olduğundan və Bankın gələcəkdə hər hansısa bir reputasiya risklərinə məruz qalmaması səbəbi ilə E.Zeynalov - iyun ayının 5-də vəzifəsindən azad edilib.

Z.Əhmədov əlavə edib ki, E.Zeynalovun şəxsi borc öhdəliklərinin bankın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Korporativ idarəetmə standartlarına əsasən, dördgöz prinsiplərinə uyğun olaraq bankda tətbiq olunan daxili nəzarət və hesabatlıq sistemləri “Günaybank”ASC-dən hər hansı vəsaitin qanunsuz yolla çıxarılmasını mümkünsüz edir. Bank bütün normativlərə həmişə əməl etmiş və bankın maliyyə dayanıqlığı, likvidliyi tamamilə prudensial normalara uyğundur.

Bu cür dəqiqləşdirilməmiş məlumatların kütləvi informasiya vasitələri tərəfindən verilməsi əmanətçilər və bankın müştəriləri arasında çaşqınlıq yaratmaqla “Günaybank”ASC üçün cəmiyyətdə imic riski yaradır. “Günaybank”ASC kütləvi informasiya vasitələrini Bankla bağlı hər hansı bir məlumatı yaymaqdan öncə Bankın rəsmiləri ilə dəqiqləşdirməyə çağırır.

“Günay Bank” ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 23 noyabr 1992-ci il tarixli 23 Saylı İcazə əsasında fəaliyyət göstərir. 2017-ci ildə 25 illik yubileyini qeyd edən Bank öz müştərilərinə geniş spektrdə məhsul və xidmətlərin çeşidini təqdim edir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.