Tanınmış şair Vahid Əziz şeirlərinə bəstələnmiş mahnıların sözlərini dəyişərək oxuyan müğənnilərə qəzəblənib.
Realpress.az bildirir ki, yenicag.az-a açıqlama verən şair narazılığını dilə gətirib:
"Şeirlərimə yazılan məşhur musiqilərin sözləri dəyişdirilərək oxunanda əsəbiləşirəm. Mirzə Babayevin möhürünü vurduğu "Qurban olum" mahnısını bir çox müğənnilər sözlərini dəyişərək oxuyub. Mən o şeiri 24 yaşımda yazmışam. Müğənnilər "Qocalıqda qaldım yetim" əvəzinə "Bu yaşımda qaldım yetim kimi oxuyur".
Adama deyərlər ki, qocalığını boynuna almırsan deyə, sözlərimi dəyişməlisən? Əsəbiləşib müğənniyə dedim ki, "ə, sən kimsən sözlərimi dəyişirsən, bir də belə oxuma. Necə yazmışamsa, elə də oxu". Əslində, o mahnının möhürünü Mirzə Babayev vurub, qalanları, sadəcə, onu yamsılayır. Bütün mahnılar elədir, ilk ifaçısı möhürünü vurur, qalanları da, sadəcə, təqlid edir. Bəstəkar bilir ki, mahnını hansı müğənniyə verməlidir".
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.