Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu - VİDEO

Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu - VİDEO
18 İyun 2018 10:50


Meksikanın geoloji və atmosfer tədqiqatları institutu dünya çempionatının ilk turunda Almaniya və Meksika yığmaları arasında keçirilən matç zamanı ölkə ərazisində zəlzələ qeydə alıb.

Realpress.az “Sports.ru”ya istinadən xəbər verir ki, yeraltı təkanın meydana gəlməsinə səbəb, Meksika komandasının vurduğu qola sevinən milyolnarla meksikalı azarkeşin eyni vaxtda atılıb-düşməsidir.

“Seysmoloji sensorlar Meksikada süni şəkildə yaranan zəlzələ qeydə alıb. Çox güman bu Meksikanın yığmasının DÇ-2018-də vurduğu qoldan sonra insanların kütləvi şəkildə hoppanması ilə əlaqədar olub.

Ən azından iki sensor 11:32 (Bakı vaxtı ilə 20:32) radələrində iki yeraltı təkan qeydə alıb”, - deyə institutun “Twitter”də yaydığı məlumatda deyilir.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.