Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq
14 İyun 2018 16:47


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

Realpress.az xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş naziri, prezident, xarici işlər və müdafiə nazirləri ilə görüşündən sonra birgə bəyanat yayaraq, bildiriblər ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır. 

“Həmsədrlər və Ermənistanın rəsmi şəxsləri danışıqlar prosesinin gedişinə nəzər yetirib, gələcək addımları və yaxın zamanda nazirlər səviyyəsində görüşü müzakirə ediblər. 

Tərəflər həmçinin, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb, konstruktiv mühitin qorunmasının vacibliyi vurğulanıb”, - bəyanatda deyilir. 

Həmsədrlər Helsinki yekun aktının əsas prinsipləri ilə, o cümlədən güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə əsasında tərəflərə Qarabağ münaqiəsinin sülh yolu ilə həllində kömək etməyə hazır olduqlarını bildiriblər. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.