Kamran Həsənli:Nə o vaxt, nə indi Rəmişin ifasını başa düşməmişəm

Kamran Həsənli:Nə o vaxt, nə indi Rəmişin ifasını başa düşməmişəm
14 İyun 2018 15:07

"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişinin aparıcısı Kamran Həsənli xalq artisti Rəmişlə müğənni Mətanət Əsədova arasındakı qalmaqala münasibət bildirib.

"Realpress.az"-ın məlumatına görə, aparıcı efirdə bu kimi qalmaqalların yolverilməz olduğunu dilə gətirib. Həsənli bildirib ki, heç vaxt Rəmişin ifasını başa düşməyib:

"Rəmiş təcrübəli sənətkardı. Ona təcrübəli sənətkar deyək. Verilişimizdə qonaq olanda da dedim ki, nə o vaxt, nə indi Rəmişin ifasını anlamamışam. Amma insanlar arasında çox populyar, sevilən sənətkardı. Bir çox müğənnilər haqda kəskin sözlər demişdi. Bura dəvət etdik ki, qardaş, orada deyirsiniz, cəmiyyətdə çat əmələ gəlir. Canlı efirə gəlin, məsələni çözək, bitsin. Çünki sosial şəbəkədə deyilənlər qeybəti xatırladır. Rəmişi də, həmin ifaçıları da çağırdıq, amma bir şey deyilmədi".

Qeyd edək ki, Mətanət Əsədovanın Rəmiş barəsində işlətdiyi "antikvar" ifadəsi tərəflər arasında söz atışmasına səbəb olub.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.