Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab nəşr edilib

Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab nəşr edilib
14 İyun 2018 13:43

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab çap olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Milli Qəhrəmanın şərəfli həyat yolu şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” adlı romanla türkiyəli oxuculara təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.

“Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan “Ferize. Kanlı Yanvar” adlı kitab ərsəyə gətirilmişdi.

Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.

Qeyd edək ki, iyunun 19-da Türkiyənin İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Həmçinin yaxın vaxtlarda Bakı şəhərində kitabın təqdimat mərasiminin təşkili planlaşdırılır.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.