İnanclı insanlar ateistlərə nisbətən 4 il çox yaşayırlar — ARAŞDIRMA

İnanclı insanlar ateistlərə nisbətən 4 il çox yaşayırlar — ARAŞDIRMA
14 İyun 2018 12:08

“Social Psychologicak and Personality Science” elmi jurnalında yeni araşdırmanın nəticələri dərc edilib.

“Realpress.az” xəbər verir ki, nekroloqların analizlərinə əsasən, dərin inanclı insanlar aqnostik və ateistlərə nisbətən 3-4 il çox yaşayırlar.

Ohayo ştatındakı universitetin elmi işçisi Laura Uolles məsələ ilə bağlı deyib:

“Maraqlıdır ki, dindarların çox olduğu şəhərlərdə inancsız insanlar da uzunömürlü olur. Bəlkə də bu ateist və aqnostiklərin inanclı qonşularının həyat normaları, adət və şablonlarından istifadə etməsi ilə bağlıdır”.

Son illər antropoloqlar inancın insan inkişafındakı rolunu araşdırıblar. Bir çox alimin fikrinə görə, insan bioloji olaraq dinə meyllidir. Bu inanc ilk insan cəmiyyətlərinə bir-birinə qarışmağa kömək edib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.