Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən PDM ekipajları döyüş vərdişlərini təkmilləşdirir.
Bu barədə Realpress.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş qabiliyyətinin artırılması məqsədilə onların çətin keçilən ərazilərdə idarə edilməsi və real şəraitdə uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.