Ermənistan tərəfi Azərbaycan ordusunun işğal altındakı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndini azad etməsi ilə bağlı yeni görüntülər yayımlayıb.
realpress.az xəbər verir ki, videonu Ermənistan Müdsfiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yayıb.
Videoda azərbaycanlıların Günnüt kəndinin ərazisində sərbəst gəzməsi əks olunub.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.