Xalq artisti məmurla dalaşdı, vəzifəsindən istefa verdi - QALMAQAL

Xalq artisti məmurla dalaşdı, vəzifəsindən istefa verdi - QALMAQAL
11 İyun 2018 13:27

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

Realpress.az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.
Əməkdaşımız məsələylə bağlı S.Cəfərovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.