Rəşid Behbudovun xatirəsi anılıb -FOTO

Rəşid Behbudovun xatirəsi anılıb -FOTO
09 İyun 2018 17:03

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müğənninin qızı Rəşidə Behbudova neçə illərdir atasının səsinə, nəfəsinə ehtiyac duyulduğunu söyləyib. “Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazıları, ifa etdiyi mahnılar, yaratdığı obrazlar onun mənalı ömür yolunun parlaq səhifələrindəndir. Bənzərsiz səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin görkəmli simalarındandır. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin mərhələsini təşkil edir. Əsasını qoyduğu Mahnı Teatrı unudulmaz sənətkarın adını yaşadır”, - deyə Rəşidə Behbudova qeyd edib.

Teatrın solisti, Xalq Artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından olması ilə fəxr etdiyini deyib: “Repertuarımda həmişə bu böyük sənətkarın ifa etdiyi mahnıları yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.

Sənətkarın ailə üzvləri ziyarətə gələn hər kəsə dərin təşəkkürlərini bildirdiblər.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.