BSU rektoruna beynəlxalq mükafat təqdim olundu

BSU rektoruna beynəlxalq mükafat təqdim olundu
31 May 2018 18:00

31may 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub.

Qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına  xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medala Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib. 

Mahmud Kaşqari adına Beynəlxalq Fondunun prezidenti, şair Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın  fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildiribki,  N.Əliyevanın pedoqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.

BSU-nun mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, Fondun prezidenti Bakı Slavyan Universitetinin ölkənin nümunəvi ali məktəblərindən olduğunu xüsusi qeyd edib.

BSU rektoru, professor N.Əliyeva cavab niqində Mahmud Kaşqari adına Beynəlxalq Fondunun rəhbərliyinə minnətdarliq bildirməklə yanaşi, bu mükafatin onun üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. O, deyib ki, bundan sonra iki qat əzmlə çalışmalı olacaq. BSU rektoru həm də mükafatın təkcə ona deyil, bütün universitetə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il mükafata layiq görülənlər sırasında AMEA-nın Humanitar Elmlər Bölməsinin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimli və Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov da var.

Realpress.az

22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.