"Realpress.az" AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə “Euronews” telekanalının reportyoru Qalina Polonskaya dolma haqqında ətraflı məlumat verib:
“Dolma - Azərbaycanın qədim milli xörəklərindən biridir, ölkədə dolmanın 386 növü var. Dolma bükmək zərgərlik işidir və hər bir xanımın onu hazırlamaq sirri var”.
Verilişdə dolmanın hazırlanma qaydası haqqında Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərinin müavini Ceyran Əsgərova danışıb. O, dolma hazırlamağı nənəsindən öyrəndiyini bildirib:
“Azərbaycanda özünəməxsus dolma reseptini nəsildən-nəslə ötürmək ənənədir. Ət, düyü, göyərti, soğan, müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından hazırlanan Azərbaycan dolmasının ləzzətli olmasının əsas səbəbi yerli keyfiyyətli məhsullardır”.
Ceyran Əsgərova qeyd edib ki, dolma hazırlamağın çətin tərəfi odur ki, dolmalar balaca və səliqəli bükülməli, yumru formada olmalı və hazırlıq prosesində açılmamalıdır.
Reportajda qeyd olunub ki, Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkünsüzdür.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.