“British Council” Azərbaycanda inklüziv kinoteatrları dəstəkləyir

“British Council” Azərbaycanda inklüziv kinoteatrları dəstəkləyir
24 May 2018 14:45

Mayın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycanın mədəniyyət liderləri üçün ikigünlük təlimə başlanılıb.

Realpress.az AZƏRTAC-a istinadla  xəbər verir ki, tədbir “British Council Azərbaycan”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə reallaşıb.

Tədbirin açılış mərasimində “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən danışıb. Bildirib ki, həyat qabiliyyətinə, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bugünkü dövrdə fiziki cəhətdən məhdud imkanlı insanların kinematoqrafiya sahəsinə cəlb edilməsi sosial və iqtisadi baxımdan çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin 6,4 faizini əlilliyi olan şəxslər təşkil edir, dünya üzrə bu göstərici 15 faizdir.

“British Council Azərbaycan” bütün insanların bərabər və müstəqil şəkildə, öz istəyi və seçimi əsasında incəsənət və mədəniyyət sahələrində iştirakına imkan verən inklüziv cəmiyyətin inkişaf etdirilməsini dəstəkləyir. Dördüncü Britaniya Film Baharı Festivalının davamı olaraq keçirilən ikigünlük təlimdə Azərbaycanın mədəniyyət liderləri iştirak edəcəklər. Təlim “British Council”ın “Bərabərlik, müxtəliflik və inklüzivlik” siyasətinə və Nizami Kino Mərkəzinin “Hər kəs üçün kino” strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxslər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur.

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Bakli tərəfindən keçirilib. Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha əlçatan olması yolları haqqında danışıb. Qeyd edək ki, tədbirdə yerli mütəxəssislər qonaq-spikerlər qismində iştirak ediblər.

Sonda “British Council Azərbaycan” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə, Nizami Kino Mərkəzinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə dərin təşəkkürünü bildirib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.