Mehriba Xanlarova: “Məni Azərbaycandan sürgün etməklə, başımı kəsməklə hədələyirlər” — MÜSAHİBƏ

Mehriba Xanlarova: “Məni Azərbaycandan sürgün etməklə, başımı kəsməklə hədələyirlər” — MÜSAHİBƏ
22 May 2018 15:44

- Mehriban xanım, bildirmisiniz ki, sizi təhdid edirlər. Nə zamandan etibarən sizi hədələyirlər və bu hədələr nədən ibarətdir?

- Aprelin 20-21-də "İnstagram"da mənə mesaj gəldi. Ora çox şeylər yazılmışdı. Deyirdilər ki, niyə ana olmaq istədiyini deyirsən? Axırda yazdılar ki, unutma, may ayında adın mükafata təqdim edilməlidir. Mən də nə baş verdiyini anlamadım. Maraqlıdır ki, bu il açıqlanan mükafat siyahısında adım olmadı və yazılanlarla nəticə üst-üstə düşdü. Mükafat siyahısı açıqlanan günün axşamı yenidən yazıldı ki, necə olduğunu soruşmayacağam, hələ bu harasıdır?! Hətta yazdılar ki, daşıdığın fəxri ad da səndən alınacaq. Təbii ki, Ulu öndər Heydər Əliyevin 2002-ci ildə mənə verdiyi fəxri adı heç kim əlimdən ala bilməz. Məni Azərbaycandan sürgün etməklə, başımı kəsməklə, efirlərə qadağa qoydurmaq, işdən uzaqlaşdırmaqla hədələyirlər.

- Çalışdığınız teatrdan özünüzə qarşı hansısa soyuqluq hiss edirsiniz?

- Xeyr, elə bir şey hiss etmirəm. İşdən çıxarılmağım mənimçün uçurum olar, depressiyadan dəli ola bilərəm. Mədəniyyət naziri Əbülfəs Qarayevə ərizə və ardınca da teleqramla müraciət etmişəm. İndicə xəbər aldım ki, mənə bir aydan sonra cavab veriləcək. Bəlkə bir aydan sonra məni öldürəcəklər, başıma ayrı işlər gətiriləcək?

- Mehriban xanım, maraqlıdır, niyə belə qəribə işlər məhz sizlə bağlı olur?

- Mənimlə kimlə nə işim var ki? Göz qabağında olan sənətçiyəm də. Kiməsə pisliyim olubsa, evini yıxmışamsa, desinlər. 

- Bəlkə ana olmaq istədiyinizi deməyinizlə bağlıdır? Yəni övladınızın atası hansısa xanımın həyat yoldaşı ola bilər...

- Sadəcə, həkimə demişəm ki, əlli yaşımda ana ola bilərəm? Altmış yaşında övlad dünyaya gətirən analar azdır? Mənə yazırlar ki, utanmadın Zaurun verilişinə çıxdın? Bu kimdirsə, məni izlətdirir. Bununla bağlı ölkənin rəhbərliyinə, digər qurumlara müraciət etmişəm. Başqa kimə deyim dərdimi?

- Ana olmaq istədiyinizi dediniz. İllər öncə bu haqda danışmırdınız. Məndə belə bir fikiri yarandı ki, böyütdüyünüz bacınızın övladıyla münasibətləriniz qaydasında deyil. Çünki onu qızınız kimi təqdim edirdiniz...

- (pauza) Deməzdim...

- Hazırda bacınız qızıyla münasibətləriniz necədir?

- Hazırda yaxşıdır. Qəlb qırıqlığım içimdədir.

- Qəlb qırıqlığına səbəb nə oldu?

- Onun da özünə görə səhvləri var. Hər yerdə deyirdi ki, Mehriban mənim anam deyil. Ancaq ona anadan artıq olmuşam və bunu hər kəs bilir.

- Yanılmıramsa, bacınız qızına toy da etmişdiniz...

- Bəli, bəh-bəhlə toy da etmişdim və o toydan indi də danışılır. 

- Bacınız qızının uşağı adətən çəkilişlərdə sizinlə olurdu. Deyəsən, uşaq da sizdən alınıb...

- Uşağı özüm aparıb vermişəm. 

- Qayıdaq sizə edilən təhdidlərə. Bu bardə teatr rəhbərliyi ilə söhbətiniz olub?

- Xeyr. 

- Həmkarlarınızdan kimsə bunu edə, yaxud etdirə bilərmi?

- Bilmirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm və hər kəsin çətin anından yanında olmuşam. 

- Bəlkə kimləsə birgəliyiniz sona çatıb və həmin şəxs bu münasibətin bitməsini qəbul edə bimədiyi üçün belə edir?

- Ola bilməz. Hər zaman efirdə demişəm ki, Prezident mükafatını almasam, dolanışığımda böyük çətinliklər yaranacaq. Məcburam kredit götürəm, dolanam. 

- Hazırda nə qədər məvacib alırsınız?

- Artımla bir yerdə 428 manat məvacib alıram. Mənim evdə şikəst anam, iki şikəst qardaşım var və on beş nəfərlik ailə üstümdədir. Lüks həyat yaşamasam da, həmin pulla dolanırdım. Bilirəm ki, mənə qarşı haqsızlığı edən yuxarılar yox, aşağıdakı məmurlardır. 

- Aktrisalar xınayaxdı məclislərinə də gedirlər...

- Elə bir pulum yoxdur ki, dekorlar, digər texniki şeylər alım.

- Yaşadığınız mənzil özünüzündür?

- Xeyr, hamımız iyirmi dörd kvadratmetrlik mənzildə yaşayırıq. İndiyə kimə demirdim, indi deməkdən utanmıram.

- Təxminən 10-15 il əvvəl Bakıda ən bahalı avtomobil sürən xanımlardan idiniz...

- Bəli, o maşın həyat yoldaşımın idi və onunla da getdi. Söhbət 2004-2005-ci illərdən gedir.

- Bəs onda harada yaşayırdınız?

- Yoldaşımla kirayədə qalırdıq. 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.