Aleksandr Vuçiç: Özümüzü ən yaxın dostlarımızın evində hiss edirik

Aleksandr Vuçiç: Özümüzü ən yaxın dostlarımızın evində hiss edirik
21 May 2018 15:46


Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik etmək istəyirəm.

realpress.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik”, - deyən Serbiya prezidentinin sözlərinə görə, o, İ. Əliyevin fəaliyyətinə xüsusilə böyük önəm verir:

“Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz.

Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik. Hesab edirəm ki, birgə görəcəyimiz işlər kifayət qədərdir.

Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, burada görə biləcəyimiz işlər çoxdur.

Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər. Məlumat vermək istərdim ki, bu il iqtisadi artımımız 4,5 faizə bərabər olub. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda üç faiz artım olub. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm”.


25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

25 Apr 2024
Siyasət

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.