Mir Şahin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə etdi VİDEO

Mir Şahin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə etdi VİDEO
21 May 2018 13:09

Realpress.az xəbər verir ki, bu barədə Real TV-də yayımlanan “Mir Şahinin vaxtı” verilişində aparıcı bildirib. Tanınmış jurnalist Mir Şahin vurğulayıb ki, Azərbaycanda 100 minlərlə insan küçələrə, meydanlara çıxdı, etiraz etdi. "Onda Qarabağın Azərbaycandan zorla çıxarılması prosesinə başlandı. Nə qədər dediksə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir, olmadı, qüvvələr bərabər deyildi, Azərbaycan nə Qarabağı özündə saxlaya, nə də Sovet İttifaqının dağımasının qarşısını ala bildi. Sonra Azərbaycana hər vəchlə izah etməyə çalışdılar, təlqin etdilər ki, Qarabağ artıq Azərbaycanın daxili işi deyil. Problemin qarnının ATƏT-i, boğazının it sümüyü filanı var. Amma Bakının əsas məqsədi yenə də Qarabağda Azərbaycan hakimiyyətini bərpa etmək oldu. Bəlkə Azərbaycan elə ona görə müstəqil olmaq istəyirdi ki, bu problemi həll etmək asan olsun.

 Bu gün bizim əsas problemimiz söz və mətbuat azadlığı deyil, insanların küçə yürüşlərində bayraq götürdü oynaması, “A-zad-lıq!, A-zad-lıq!” və ya “A-zal-dıq! A-zal-dıq!” deyə haray-fəryad qopalağı götürməsi deyil, kiminsə hesabında qara, kiminsə hesabında yaşıl pul axtarmaq deyil, dövlətin ərazi bütövlüyünün bərpası və Dövlət müstəqilliyidir. Qalanlar təfərrüatdır.

Verilişdə tanınmış jurnalist xalq hərəkatı ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə edib:

"Razıyam, xalq hərəkatı, xalq hərəkatına, hərəkat liderinə bənzəyə bilər", - deyə Mir Şahin bildirib.

“Mir Şahinin vaxtı”nın tam versiyasına videomaterialda izləyə bilərsiniz.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.