Whatsapp-ın qrup çatlarına 4 yeni funksiya gəldi

Whatsapp-ın qrup çatlarına 4 yeni funksiya gəldi
21 May 2018 09:34

Məşhur Whatsapp messencerinin qrup çatlarına 4 yeni funksiya əlavə olunub. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz:
- Qrup çatının təsviri: Bundan sonra hər hansı qrup çatına qatılmış yeni istifadəçi xüsusi banner ilə qarşılaşacaq. Həmin bannerdə isə qrup çatının məqsədi, onda müzakirə olunan əsas mövzu, qaydalar və s. kimi məlumatlar yer alacaq.

- Realpress.az technote.az-a istinadən bildirir ki, adminlər üçün idarəetmə funksiyaları: Qrup çatının adminləri bundan sonra qrup çatı istifadəçilərinin hüquqlarını dəyişə biləcəklər. Beləliklə istənilən istifadəçi qrup çatının fotosunu və təsvirini dəyişə biləcək.

- Qaçırılmış məlumatların icmalı: Bundan sonra qrup çatına daxil olmuş istifadəçi ona ünvanlanmış bütün mesajları görə biləcək. Bunun üçün messencerin aşağı sağ hissəsinə "@" işarəsi əlavə olunub.

- Qrup çatında hər hansısa istifadəçinin axtarışı: Bundan sonra istənilən istifadəçi qrup çatının axtarış bölməsində hər hansısa digər istənilən şəxsi sadəcə olaraq adı vasitəsilə tapa biləcək.

Daha bir yenilik isə ondan ibarətdir ki, bundan sonra qrup çatının yaradıcısını qrupdan çıxartmaq mümkün olmayacaq. Əgər hər hansısa istifadəçi bu və ya digər qrup çatından öz istəyi ilə çıxsa, onda onun özünün istəyi olmadan heç bir digər istifadəçi onu yenidən qrup çatına əlavə edə bilməyəcək. Qrup çatları üçün olan bu yeni funksiyalar messencerin Android və iOS versiyalarının sonuncu yenilənməsində artıq aktivdir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.