Politoloq: Ruslar Paşinyana inanmır

Politoloq: Ruslar Paşinyana inanmır
19 May 2018 12:40


Rusiyada Ermənistanın yeni baş naziri Paşinyana inamsızlıq var.

Realpress.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında deputat, politoloq Elman Nəsirov deyib.

“Paşinyan hələ də özünü baş nazir yox, küçə lideri, qəhrəmanı kimi aparmaq istəyir. O hələ dərk etmir ki, dövlətə cavabdehlik daşıyır. Əgər dərk etsəydi, fikirlərində dəqiq olardı və buna görə məsuliyyət daşıyardı”,- deyən politoloqun sözlərinə görə, Paşinyan baş nazir seçilənə qədər ölkəsinin Avrasiya İttifaqından çıxacağını bəyan edib.

Eyni zamanda politoloq Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağından da söz açıb.

“İndi isə Soçidə Avrasiya İttifaqının tədbirinə gedərək, Rusiya ilə bütün münasibətlərin qorunub saxlanacağını və daha da inkişaf etdiriləcəyindən danışıb. Bu  adamın dilindən tamamilə bir-birinə zidd, bir-birini təkzib edən fikirlər səslənib. Ona görə də Paşinyana qeyri-ciddi siyasətçi kimi yanaşırlar. Artıq indidən Rusiya siyasi dairələrinə belə fikir var ki, o, bu cür davranışı, manevrləri ilə hakimiyyətdə uzun müddət qala bilməyəcək.

Yeni baş nazir böyük siyasətdə özünü qeyri-ciddi və peşəkarlıqdan uzaq bir siyasətçi kimi təqdim etməkdədir”, - deyə millət vəkili sözlərinə əlavə edib.


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.