Proqramlaşdırma üçün ən yaxşı noutbuklar açıqlanıb

Proqramlaşdırma üçün ən yaxşı noutbuklar açıqlanıb
19 May 2018 12:15

Ekspertlər proqram tərtibatçısının keyfiyyətli noutbuku üçün tələb olunan texniki xüsusiyyətləri açıqlayıblar. Bu tələblər əsasında onlar proqramlaşdırma üçün ən yaxşı noutbuk modellərinin siyahısını tərtib ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vista News” resursuna istinadən yazır ki, ekspertlərin qənaətinə görə, rahat iş üçün noutbuk dördnüvəli prosessora və 8-16 giqabayt tutumlu operativ yaddaşa malik olmalıdır. Oyun tərtibatçıları üçün diskret qrafik prosessorla təchiz edilən noutbuk daha məqsədəuyğun hesab edilir.  
 
Reytinqə görə, birinci yerə “Dell XPS” modeli layiq görülüb. 800 dollarlıq yüngül və eyni zamanda güclü qurğu ən yeni “Intel” prosessoru, sürətli yaddaş və nazik “QHD +” ekranı ilə təchiz olunub. Modelin qrafik sürətləndiricisi gücləndirilmiş versiyası 1000 dollara təklif edilir.
 
İkinci pillədə “Microsoft” korporasiyasının “Intel Core i7-8650U” prosessoru və “NVIDIA GeForce GTX 1060” diskret çipi əsasında işləyən “Surface Book 2” noutbuku qərarlaşıb. Bu, o deməkdir ki, qurğu proqramlaşdırma üçün çox əlverişlidir və son oyunları “Full HD” rejimində yüksək dəqiqliklə göstərir.
 
Üçüncü mövqedə kompüter oyun həvəskarları üçün yaradılan “The Razer Blade” noutbuku yer alıb. Proqramçılar tərəfindən model “Intel Core i7-7700HQ” prosessoruna, mobil qurğular üçün “NVIDIA GeForce GTX 1060” diskret qrafik çipinə və 2400 MHs takt tezlikli 16 giqabaytlıq DDR4 sistem yaddaşına, eləcə də peşəkar dizaynına görə sevilir.
 
Həmçinin mütəxəssislər tərəfindən “Apple MacBook Pro 15” və “System76 Oryx

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.