“Microsoft Surface Hub 2” korporativ planşeti təqdim olunub

“Microsoft Surface Hub 2” korporativ planşeti təqdim olunub
18 May 2018 14:51

“Microsoft” korporasiyası korporativ istifadə üçün nəzərdə tutulan və “hamısı birində” sinfinə aid divardan asılan “Surface Hub” kompüterinin ikinci nəslini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, fərdi kompüterin 2016-cı ildə buraxılan birinci nəsli 55 və 84 düym diaqonala və 1080p təsvir ölçüsünə malik olduğu halda “Surface Hub 2” tərəflərinin nisbəti 3:2 təşkil edən 50,5 düym diaqonalda və 4K+ təsvir ölçüsündə təklif olunur. İndi ekranı həm horizontal, həm də vertikal vəziyyətdə qurmaq olar. Bundan əlavə, “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda mikrofonlar, 4K formatlı dönən kamera, dinamiklər və barmaq izi skaneri quraşdırılıb.

“Surface Hub 2” kompüterinin parametrləri barədə ətraflı məlumat verilmir. “Microsoft” qiymət barədə açıqlama verməsə də, kompüterin 2019-cu ildə satışa çıxarılacağını qeyd edib.

Qeyd edək ki, birinci nəsil “Surface Hub” kompüterinin qiyməti 8999 dollar təşkil edib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.