18 May 2018 11:26

“Wi-Fi Alliance” konsorsiumu istehsalçılara digər şirkətlərin qurğuları ilə uyğunluq təşkil edən marşrutlayıcı modelləri buraxmağa imkan verən yeni “Easy Mesh” standartını təqdim edib. Bunun sayəsində standartı dəstəkləyən bir neçə qurğunu şəbəkədə birləşdirmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu, gələcəkdə bir şirkətin məhsulunu seçməklə məhdudlaşmayan istifadəçilər üçün yaxşı xəbərdir. Alyans nümayəndələri hesab edir ki, yenilik, həmçinin şəbəkə marşrutlayıcılarının yayılmasına müsbət təsir göstərəcək.

Məlumata görə, lakin hazırda iri texnika istehsalçılarından heç biri “Easy Mesh” standartını dəstəklədiyini bəyan etməyib. Bundan başqa, mövcud marşrutlayıcıların yeni standartla işləyə biləcəyi, eləcə də standarta keçidi asanlaşdıran xüsusi proqram və ya digər təminatın buraxılacağı naməlumdur.

Bununla belə, “Wi-Fi Alliance” nümayəndələri əmindir ki, standartın tətbiqi innovasiyaların artımına səbəb olacaq və bütün sənaye oyunçuları üçün yeni imkanlar açacaq. “Easy Mesh” standartını dəstəkləyən marşrutlayıcıların sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq nəzərdə tutulur.

Qeyd edək ki, “Wi-Fi Alliance” konsorsiumu iri kompüter texnikası və simsiz “Wi-Fi” qurğu istehsalçılarını birləşdirir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.