Bir terabaytlıq quraşdırılmış yaddaşa malik ilk smartfon nümayiş olunub

Bir terabaytlıq quraşdırılmış yaddaşa malik ilk smartfon nümayiş olunub
18 May 2018 10:20

Çinin “Smartisan” şirkəti 1 terabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilən “Smartisan R1” smartfon modelini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, smartfonun korpusu şüşə panellərdən və alümin çərçivədən ibarətdir. Qurğu Full HD+ (2240 x 1080 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18,7:9 təşkil edən 6,17 düym diaqonallı ekran, barmaq izi skaneri, 12+20 meqapikselli qoşa əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
 
Məlumata görə, yeni modelin aparat əsasını qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru təşkil edir. Yaddaş tutumuna 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş toplayıcısı, eləcə də 128 giqabayta malik 8 giqabaytlıq operativ və ya UFS 2.1 yaddaş toplayıcısına malik 1 terabaytlıq versiyalar daxildir. 3600 milliamper/saat tutumlu akkumulyator sürətli “Qualcomm QuickCharge 4+” enerjidoldurma və “Qi” standartlı simsiz enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, iki SİM kartdan istifadə, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5 LE”, “GPS”, “NFC” modulları dəstəklənir, eləcə də “USB Type-C” portu və stereodinamiklər quraşdırılıb.
 
Ağ, qara rəng versiyalarında təklif olunan “Smartisan R1” smartfonun qiyməti yaddaş tutumuna görə dəyişir (6 + 64 giqabayt – 549 dollar, 6 + 128 giqabayt – 627 dollar, 8 + 128 giqabayt – 705 dollar, 8 giqabayt + 1 terabayt – 1388 dollar).

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.