Qanda narkotikin mövcudluğunu aşkarlayan çip yaradılıb

Qanda narkotikin mövcudluğunu aşkarlayan çip yaradılıb
16 May 2018 16:48

Buffalo Universitetinin mütəxəssisləri qanda narkotikin mövcudluğunu dərhal müəyyənləşdirən xüsusi nanoçip təqdim ediblər. Qurğu həkimlər və hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, çip qızıl tozu ilə örtülmüş gümüş lövhədən ibarətdir. Çiplə kontakta girən müxtəlif maddələri işığın təsiri vasitəsilə operativ analiz edərək nəticələri dərhal tədqiqatçının kompüterinə göndərmək mümkündür. Məsələn, çip vasitəsilə bir neçə gün əvvəl narkotik maddə qəbul edən şəxsin qanı və ya tüpürcəyi buraxılan zaman qurğu onun mövcudluğunu aşkarlayır. Bundan başqa, bunun üçün qanın laboratoriyaya aparılaraq uzun müddət ərzində sınaqdan keçirilməsinə ehtiyac qalmır.
 
Alimlər çipi polislər tərəfindən sükan arxasında sərxoşluğun qarşısının alınması üçün istifadə edilən alkotester qurğusu ilə müqayisə edirlər. Mühəndislərin sözlərinə görə, çip qanda narkotikin mövcudluğunu təxminən 2 dəqiqəyə müəyyənləşdirir. Növbəti addım məhsulu sınaqdan keçirərək onu kütləvi istehsala verməkdir. Nanoçipin müsbət cəhətlərindən biri kimi onun maya dəyərinin az – 10 sent olması qeyd olunur.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.