Samir Bayramlı: Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm – MÜSAHİBƏ

Samir Bayramlı: Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm – MÜSAHİBƏ
26 Apr 2018 16:53


“Subaylar” rubrikasının bugünkü qonağı tanınmış aparıcı Samir Bayramlıdır.

realpress.az Samir Bayramlının müsahibəsini təqdim edir:

– Samir, uzun müddətdir ekranlardan kənardasınız. Sizi yenidən ekranda nə vaxt görəcəyik?

– Hiss edirəm ki, vaxtdır. Öhdəmə düşəni edib, cavab gözləyirəm. Bir az kənara çəkilib, yenidən qayıtmaq lazımdır. Kanal loqosu kimi sifətin ekranda qalmalı deyil (gülür).

– Sizcə, kimin sifəti kanal loqosu kimi efirdə qalıb?

– Bu söz mənim deyil. Kamilə Babayevanındır. O, ailə həyatı qurub, kənara çəkiləndə ünvanlanan suala belə cavab vermişdi. Xoşuma gəlmişdi.

– İndiyədək imtina etdiyiniz hansısa proyekt olub?

– Bəli, olub.

– Peşman olmamısınız ki?

– Yox, olmamışam. Həmin verilişlərdən biri də hazırda yayımlanır. Hətta başqa kanaldan da aparıcı transferi oldu. Verilişdən mənə təklif gələndə dedim ki, mənlik deyil, o etapı 10 il öncə keçib bitirmişəm.

– Kənardan özündənrazı görünürsünüz. Bunun səbəbi nədir?

– Özümdən razı deyiləm, özgüvənim var. Bunlar ayrı-ayrı şeylərdir. Özündənrazılar boş adamlardır. Özgüvəni olanlar isə özünü bilənlərdir. Özündənrazılar sizə heç vaxt heç nə öyrədə bilməz. Özgüvəni olanlar isə sərhəddini və həddini bilənlərdir.

– Özgüvənli olmağınıza görə nələr itirmisiniz?

– Çox şey. Mən də kanal loqosu kimi hər gün efirdə ola bilərdim. Kiməsə xahiş edib, şirinlik edib, torba tikib, xaraktersizlik edib ekrandan düşməzdim. Amma özgüvənim buna imkan vermir. Şükür ki, pis yerdə deyiləm. Özümə hörmətim var, bu yetərlidir.

– Son zamanlar həmkarlarınız bir-birinin ardınca toy etdi. Siz nə vaxt evlilər karvanına qoşulmağı düşünürsünüz?

– O söhbət artıq yığışdırılmalıdır. Kimsə 17 yaşında, kimsə 27 yaşında evlənir. Adamlar var deyirlər ki, vaxtın keçir. Niyə qardaş? Xarab oluram? Xarab olacam, təbii ki, amma 70 yaşında (gülür).

– Hazırda həyatınızda kimsə yoxdur?

– Yox, siz dediyiniz tərəfdən yoxdur.

– Hansı tərəfdən var?

– Subay adamam, necə olmalıdır?

– Belə çıxır ki, evlənilməli qızlara yox, əylənilməli qızlara üstünlük verirsiniz?

– Elə bir bölgü var. Amma bölmək istəmirəm, çünki hər kəsə hörmət etmək lazımdır. Düzdür, heç kim istəmədən soyunmur. Hamı əylənmək istəyir. Kimsə bir nəfərlə, kimsə bir neçə nəfərlə. Bu, hər kəsin öz seçimdir.

– Bəs Samirin seçdiyi qadın necə olmalıdır?

– Özünəməxsus zövqü olmalıdır. İnkubator cücəsi kimi hamıya oxşamamalıdır. Özünə hörməti olsun, mütləq olan budur.

– Keçək bir az açıq suallara...Bakirliyinizi nə vaxt itirmisiniz?

– No comment (gülür). Faiq Ağayev demiş, növbəti sual.

– Hamı qaçır bu sualdan...

– Qaçmıram, sadəcə, bir sual öncə mədəniyyətdən, zövqdən danışırıq, sonra bu məsələ çıxır, etik deyil. Deyərlər, qardaş, sənin neçə üzün var?

– Bəs bakirə olmayan qızla evlənərsiniz?

– Yox, evlənmərəm. Ancaq bu seçimi edən hər bir insana hörmət edir, dəstəkləyirəm. Elə bir mövzu olanda əks fikirli olan bütün insanların qarşısında dayanıram. Ürəkdir, sevə bilər, kiminsə başına hansısa hadisə gələ bilər.

Heç kim bilmir, başına nə gələcək. Heç kəsi qınamaq olmaz. Belə bir şey olanda hamı ilə mübahisə edib, ağzını yuman mənəm. İnsandır. Hörmətlə yanaşmaq lazımdır. 

Heç kimin həyatına qarışmaq lazım deyil. Onları müzakirə edənlərin başları özlərinə qarışsa, görərlər ki, özlərindən maraqlı adam yoxdur. Kiminsə haqqında fikir bildirə bilərsiniz, ancaq onun haqqına girə bilmərsiniz. 

– İntim təkliflər ən çox kimlərdən gəlir?

– Sayını itirmişəm. O qədər təkliflər olur ki... 

– Yaş kateqoriyası necədir?

– Həmişə öz yaşıma uyğun adamlar olub. Bir dəfə dedilər ki, qızların çoxu səndən çəkinir. Fikirləşirlər ki, onlara sərt cavab verərəm. 

Siz də deyirsiniz axı, “yekəxana”san. Sözü demək istəyib, deməyən o qədər adam var ki...

– Bəs o cəsarəti toplayıb təklif edənlərə cavabınız necə olur?

– Baxır, kimdir. Bəzi şeyləri yaş keçdikcə dərk edirsən. 20-25 yaşımda fikirləşirdimsə, indi “mümkün deyil” deyirəm. Mən hər şeyi seçən adamam.

– Bizim kişilər bir az xəyalpərəst olurlar. Siz necə, xəyal etmisiniz ki, nə vaxtsa filan dünya ulduzu, məsələn, Monika Belluçi ilə sevgili olardınız?

– Monika Belluçi xasiyyətcə çox murdar adamdır. Çünki bütün dünyanın “Bəli, sən gözəlsən” fikrini beyninə yeridib. “Hamı səni arzulayır”, “Sən seks simvolusan” kimi ifadələr onda qudurğanlıq yaradıb.

Burnu kilometrlərlə yuxarı qalxıb və dözülməz adam olub. Nə oldu, dünyada bir kişi çıxmadı Monikanı daim yanında saxlaya bilsin? Ağıllı qadın başqa şeydir. 

Viktoria Bekham dünyanın ən çirkin qadınlarındandır, ancaq dünyanın ən yaraşıqlı kişilərindən birini – Devid Bekhamı 20 ildir yanında saxlayır. Necə saxlayır? 

Gözəllik lazımdır, harasa qədər gedir. Qocalanda da gözəlləşən adamlar var – Sertap Erener kimi. 50-dən çox yaşı var. Cavanlıqda çirkin idi, qocaldıqca gözəlləşib. 

Onu da deyim ki, çox gözəl qadınlar bədbəxt olurlar. O qədər çərçivədə olurlar ki, istədiklərini edə bilmirlər. O qədər maskalanırlar ki, sonda maska simalarına çevrilir. Monikanın simasına diqqətlə baxsanız, simasında “afiristlik” görərsiniz. 

“Onsuz da kimi istəsəm, əldə edə bilərəm. Qoy bunu da sındırım, bunu da alçaldım” kimi fikirləri formalaşıb və murdarlaşıb. Bir də ki, gözəlin üzündə plov yemirlər... Əsas qəlbdir.

– Ayda neçə dəfə?

– Sizin sualınız 75 başlıdır (gülür). Ayda üç dəfə yemək yeyirəm, bir dəfə çimirəm. Həftədə dörd dəfə idmana gedirəm. 

– Bu, sualdan yayınma taktikasıdır?

– Bu, əslində, ağıldır (gülür)

– Biz qızlardan danışdığımıza görə, sual da bu yöndədir...

– Biz həm də psixologiyadan danışdıq.  Ümumiyyətlə, kimin ki, yanında çoxlu qızlar var, onlar boşdur. Kimsə sakitdirsə, ən peşəkarı da odur. 22 yaşına qədər heyvani ağılla və hisslərləsən, sonra ağlın başına gəlir.

Bəzi adamlarda bu, 25-27 yaşına qədər çatır. Müəyyən müddət sonra anlayırsan ki, hər adamla, hər yerdə sevişmək olmaz. 

Sualınıza gəldikdə, ayda bir dəfə maşını yudurduram. Ona görə də mənə pinti deyirlər. Özüm təmiz oluram. Maşınımsa pinti (gülür).

– Sualdan yaxşı yayındınız...

– Bizim işimiz danışmaqdır. Bunun təhsilini qırmızı diplomla bitirmişəm. Bu barədə mənə “gələ” bilməzsiniz (gülür).

Çəkilişdə göstərdiyi köməyə görə “Highboost Lounge & Restaurant”a təşəkkürlər.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.