Aktrisa Çimnaz: “Kaş gözüm kor olaydı, onu görməyəydim” — MÜSAHİBƏ

Aktrisa Çimnaz: “Kaş gözüm kor olaydı, onu görməyəydim” — MÜSAHİBƏ
24 Apr 2018 14:49

Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.

- Çimnaz  xanım, braziliyalı futbolçulara futbolu yaxşı oynadıqları üçün “topla doğulanlar” deyirlər. Siz nə üçün doğuldunuz?

- Düşünürəm ki, mən məhz incəsənət üçün doğulmuşam. 

- Təsadüf yoxdur, hər şey zərurətdən yaranır, deyilmi?

- Sizinlə tamamilə razıyam. Əslində bəzi görüşləri, hadisələri, məqamları təsadüf hesab etdiyimiz anlar olur, amma zaman keçdikcə həyatın sanki bir ssenari şəklində yazıldığının fərqinə varırıq. 

- Deməli, alın yazısına inanırsınız...

- Əslində biz öz həyatımızı, müqəddaratımızı özümüz həll edirik. Mən fala inanmıram. Deyirlər ki, bunu etsən yaxşı olacaq, bunu etsən pis. Bəs insana ağıl nə üçün verilib?!

- Yazılmayan qanunlara münasibətiniz necədir?

- Hər kəsin özünəməxsus bir daxili dünyası var. Hər kəsin özünə qoyduğu bir sərhəd var. İnsan nə qədər azad olsa da, müəyyən məqamlarda çərçivədən çıxmamalıdır. Məsələn, biz azadıq, amma bu o demək deyil ki, istənilən vaxt küçəyə çıxıb söyüş söyə bilərik. Bu və bunun kimi bir çox hallar yolverilməzdir. 

- Ağlım ilə hissimin arasındayam, bu məni cəbhədən-cəbhəyə salır,
Hərdən istəyirəm inanım sənə, hərdən hissim məni şübhəyə salır... Hislər sizi aldadıbmı?

- Mən oğlaq bürcündənəm. Bu bürcün altında dünyaya gələn insanlar ciddi insanlar olurlar. Amma yaş keçdikcə mən ağılla yox, daha çox hislərlə yaşamaq istəyirəm. Bunun düzgün olmadığını da bilirəm. Çünki ürək ağıllı deyil, ağıl ürəyi idarə etməlidir. Hislərin məni də aldatdığı məqamlar olub. 

- Gənc bir qızcığacın ürəyində çoxmu istək qaldı?

- Şükürlər olsun ki, nə istəmişəm, hamısını əldə etmişəm. Buna görə də özümü xoşbəxt insan hesab edirəm. Amma son zamanlar özüm də bilmirəm ki, nə istəyirəm. Çünki həyat fanidir, nə üçünsə dəyərmi?!

- Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çoxmu baxmısınız?

- Xeyr, mən öz həyatımla məşğulam. Buna heç marağım da yoxdur.

- Kişi gözüylə özünüzə baxanda nə görürsünüz?

- Mən özümə baxanda deyirəm ki, ay Allah, mən necə də gözələm?! (gülür).

- Bədəninizin ən cazibədar hissəsi hansıdır?

- Ürəyim. Zahirən isə qeyri-adi baxışlarımın olduğunu deyirlər. 

- Baxışlarınızla “tor”a sala bilirsiniz?

- Mən həmişə diqqət mərkəzində olmuşam, amma heç vaxt fikirləşməmişəm ki, kimisə “tor”a salım. 

- Rollarınızdakı fədakarlığınız real həyatınıza da yansıyırmı?

- Mən həyatda da çox qurban vermişəm, hələ də verməkdə davam edirəm. 

- Sizi kifayət qədər cəsarətli xanım olaraq tanıyırıq. İndi ölkəmizdə kifayət qədər komediya filmləri çəkilir və həmin filmlərdə üstüörtülü də olsa, müəyyən açıq-saçıq ifadələr və ya səhnələr olur. Sanki tamaşaçını bu məqamlara müəyyən qədər alışdırıblar. Hansısa bir rolu tam çılpaqlığı ilə oynamağı qəbul edərsinizmi?

- Xeyr, heç vaxt qəbul etmərəm. Sizcə, indiki zamanda hansısa bir çılpaqlıqla hansısa tamaşaçını təəccübləndirmək olarmı? Məncə, yox.

- Qadına xas olan bütün xüsusiyyətlər sizdə varmı? Məsələn, qadın qısqanclığı. 

- Xeyr, qətiyyən yoxdur. Bəlkə, elə ona görədir ki, həmkarlarım məni çox istəyir. 

- Hal-hazırda incəsənət aləmində geylər və lezbianlar kifayət qədərdir? Münasibətiniz necədir?

- Mənim onlarla heç bir münasibətim yoxdur. Amma hər kəsin öz həyatı, öz seçimi var. Kim necə istəyirsə, elə də yaşasın. Heç kimin heç kimi təhqir etməyə haqqı, hüququ yoxdur.

- Xaraktercə kənardan qapalı xanım kimi görünürsünüz. İnsanlara qarşı bir “sərhəd” qoyursunuzmu?

- Xeyr, heç kimə qarşı sərhəd qoymuram, amma özüm-özümə düşünülmüş müəyyən sərhədlər qoyuram. 

- Gözünüzdən düşən nədir?

- Xəyanət. 

- Hansı zərbədir ki, təsiri sizdən hələ də getməyib?

- Mən hər gün zərbə alıram, ona görə də gülürəm (gülür). Artıq alışmışam. 

- Qismətinizlə barışmısınızmı?

- Xeyr, çıxılmaz vəziyyət yoxdur. Hər bir vəziyyətdən çıxmaq olar. Bəzən insanlar müəyyən problemlərə görə intihar edirlər. Mən onları başa düşə bilmirəm. İnsan mübariz olmalıdır. 

- Kaş gözüm kor olaydı, onu görməyəydim. Kimi, yaxud nəyi?

- Elə bir şey var, amma tam deyə bilməyəcəyəm. Bircə onu deyə bilərəm ki, mənə yaxın olan insanın paxıllığını kaş ki görməzdim.

- Kimsə sizi yıxmaq üçün ayağınızdan dartıb?

- Bəli, dartıb. Bu vəziyyət artıq neçə müddətdir ki, davam edir. 

- Göz yaşlarına inanırsınızmı?

- Mən qadınlardan çox kişilərin göz yaşlarına inanıram və mənim üçün bu hal dözülməz olur.

- Özünüz çox göz yaşı tökürsünüz?

- Mən hər gün göz yaşı tökürəm. Həddindən artıq kövrək və həssas bir insanam.

- Azad seksə münasibətiniz necədir?

- Hər kəs azadır. Bu elə bir intim mövzudur ki, hər kəs öz qərarın özü verir. 

- Sarısaçlı bir xanımsınız. Belə deyirlər ki, saçı saçı sarı olan xanımlar digər xanımlarla nisbətdə daha çox ehtiraslı olurlar...

- Mən bunu ilk dəfədir sizdən eşidirəm (gülürük). Bəlkə də, hə.

- Yatsanız, yuxunuza nə girməzdi?

- Yatsam, yuxuma da girməzdi ki, yaxın insanlardan belə şeylər görərəm. 

- Qorxu sizə hansı hallarda gəlir?

- Qaranlıqda.

- Nəyə qarşı fobiyanız var?

- Üzməyə qarşı var idi, amma artıq o qorxuya qalib gəlmişəm. Çünki uşaqlıqda bir neçə dəfə batmışam, atam çıxardıb. 

- Dönüb geriyə baxanda, nə olmalıydı, amma olmadı?

- Mən Allaha çox inanan biriyəm. Bəzən olmayanlara çox təəssüflənmişəm, hətta üsyan da etmişəm. Amma zamanla anlamışam ki, nə yaxşı ki, alınmayıb. Deməli, məsləhət belə imiş.

- “Zaman” adlı gəminin kapitanı olsanız, həmin gəmini nə qədər zamana batırarsınız?

- Mənə elə gəlir ki, məndə idarəçilik qabiliyyəti yoxdur. Onu da deyim ki, bacarmadığım işi öz öhdəmə götürmürəm.

- Paralel həyatda özünüzü nə kimi görürsünüz?

- Hərbçi kimi görürəm.

- Şorgöz kişilərə münasibətiniz necədir?

- Mən onlara fikir vermirəm. Kişilərin baxışları məni qətiyyən narahat etmir, çünki onlara önəm vermirəm.

- Getdiyiniz yolda bir “uçurum” varmı?

- Var. 

- Qaçdıqca nəyə çata bilmirsiniz?

- Mən özümdən qaçmağı bacarmıram. 

- Müğənniliyə olan istəyiniz necə yarandı?

- Mən musiqiçiyəm. Aktrisalıqdan qabaq oxuyurdum. Amma qeyd edim ki, “Yad qızı” adlı tele-tamaşanın əsasında bir serial çəkilməli idi. Mən orada müğənni bir xanım obrazını canlandırmalı idim. Məhz həmin serial üçün xüsusi bir mahni yazdırdım, lakin o lahiyə baş tutmadı. Sonra “Vicdan haqqı”na çəkildim. Beləliklə, indi də həm aktrisalıq, həm də müğənnillik edirəm. 

- Teatrlarda niyə çalışmaq istəmirsiniz?

- Teatrı çox sevirəm, amma mənə teatrda çalışmaq lazım deyil. Mən özümü aktrisa kimi artıq sübut etmişəm. 

- Aldığınız qonorarlar sizi qane edirmi?

- Xeyr, çox gülməli qonorardı. 

Söhbətləşdi: Niyam Şirinov, Cavidan Abdullayev










25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.