Tanınmış xanəndə: "125 kiloluq daşlarla məşq edirəm" — MÜSAHİBƏ

Tanınmış xanəndə: "125 kiloluq daşlarla məşq edirəm" — MÜSAHİBƏ
09 Apr 2018 16:14

İlkin bəy, ənənəmizə sadiq qalaraq yaradıcılıq yenilikləriylə başlayaq...

- Həm bəstəkar mahnıları üzərində çalışırıq, həm unudulmuş mahnıları yeni aranjemanda ifa edirik.  Eyni zamanda Opera və Balet Teatrının solistiyəm. Neçə illərdir opera səhnəsində baş rolları canlandırıram. "Leyli və Məcnun"da Məcnun rolundan sonra böyük bir əsərin üzərində iş gedir. Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası yeni formada hazırlanır. Səylə çalışıram ki, bu əsəri tamaşaçılara daha da sevdirək. Ümumiyyətlə, "Xanəndənin taleyi" Cahangir Cahangirovun ən məşhur və sevimli əsərlərindən biridir. Deyim ki, bu əsər uzun müddətdir səhnələşdirilmirdi. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiq Quliyevdir.

- Tərəf müqabilləriniz kimlərdir?

- Burada tərəf müqabillərim vokalçılardır. Bu tamaşada həm də muğam ifaçısı ilə vokalçıların sənət sintezi var. Deyilənə görə, səsim vokala yaxın olduğu üçün bu tamaşaya seçilmişəm. Yaxın vaxtlarda Amerikaya, Avropaya qastrollarımız gözlənilir. Əsas odur ki, boş dayanmırıq. 

- Çox gənc yaşınızda əməkdar artist fəxri adına layiq görüldünüz...

- Bəli, 31 yaşımda.

- Yanılmıramsa, Simarə İmanovadan sonra fəxri ada layiq görülən ən gənc xanəndəsiniz...

- Alim Qasımov da fəxri adı gənc yaşlarında-səhv etmirəmsə, 26 yaşında alıb. Mən də o siyahıdayam. Bu tezlikdə fəxri ad almağım məni arxayınlaşdırmır. Əksinə, məsuliyyətimi artırır. Məni bu ada layiq bildiyi üçün Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Mənimlə yanaşı, bir neçə gənc ifaçılar da bu fəxri ada layiq görüldü. İndi hər birimiz daşıdığımız fəxri adı doğrultmağa daha da çalışırıq. 

- Pedaqoq kimi fəaliyyətiniz varmı?

- Bir il olar ki, müəyyən səbəblərə görə pedaqoq kimi fəaliyyətimi dayandırmışam. Gələn tədris ilindən Milli Konservatoriyada və Bakı Humanitar Kollecində işimi davam etdirəcəyəm.

- Sizcə muğam məktəblərimizdən hansı daha bünövrəli və güclüdür? Məsələn, Qarabağ, Şirvan, Cənub...

- Bunu demək mənə yaraşmaz. Əsas odur ki, bütün məktəblər muğamımıza xidmət edib. Çünki ifaçıların hamısı gəlib gedir. Mən Qarabağ məktəbinin nümayəndəsiyəm. Qarabağ məktəbi deyəndə Seyid Şuşinski yolu əsas tutulur. Fəxr edirəm ki, muğam ifaçılığının davamçısıyam. Ümumiyyətlə, belə bölgülərin tam əleyhinəyəm.

- İfaçıların əksəriyyəti övladlarını öz davamçısı kimi görmək istəmir. Bildirirlər ki, çətin peşədir. Siz necə düşünürsünüz?

- Qətiyyən belə düşünmürəm. İstərdim ki, övladım yolumu davam etdirsin. Mənim üçün fəxr olardı. Amma bir şərtlə ki, yaxşı sənəti ola, geydirmə, kompüterlə yığılma səs yox. Mənim idealım Arif Babayevdir. O, həm də mənim ustadımdır. 

- Solo konsert planınız varmı?

- Bəli, may ayında Muğam Mərkəzində solo konsertim olacaq. Dəvətnamələr də olacaq, bilet də satılacaq.

- Bilirəm ki, əslən Cəbrayıl rayonundasınız. Biləsuvarda Cəbrayıl məcburi köçkün qəsəbəsində konsert verərdinizmi?

- Orada bir dəfə solo konsertim olub. Bilet satmadıq, icra hakimiyyətinin qarşısında konsert verdik. Daha bir dəfə də orada konsert verəcəyəm.

- Toy qonorarınızı açıqlaya bilərsiniz?

- Yeganə ifaçıyam ki, standart qiymət deyə bilmirəm. Damara baxıb, qan alıram.

- Bəs damarda qan lap çox olsa?

- O qalır qarşı tərəfin insafına (gülür). Bəzən də getdiyim məclisdə düşündüyümdən artıq qonorar verirlər.

- Hobbiniz nədir?

- Ən böyük hobbim idmandır. İndi də ağır atletikayla məşğulam.

- Bəs səsinizə ziyan etməz?

- Mən aşırı dərəcədə ağırlıq qaldırmıram ki, səsimə ziyan etsin. Ən ağır qaldırdığım çəki 120 kiloqramdır. Bəzən 125 kiloqram da qaldırıram. Amma davamlı çalışsasm, 160 kiloqram da qaldıraram. İdmana 9-cu sinifdə başlamışam.



25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.