Ekspert: Azərbaycan regionda turizmin lideri olacaq

Ekspert: Azərbaycan regionda turizmin lideri olacaq
04 Apr 2018 16:40


2018-ci ildə Azərbaycanda turistlərin sayı 3,5 milyon nəfəri keçə bilər, bu ölkəmiz üçün rekord göstəricidir.

Realpress.az xəbər verir ki, bu barədə miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov məlumat verib.

“Çərşənbə günü səhər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı zamanı ölkəyə gələn turistlərin sayını açıqladı. Onun sözlərinə görə, Novruz münasibətilə ölkə paytaxtında keçirilən bayram şənliklərində 1-1,5 milyon insan iştirak edib”.

Ekspert hesab edir ki, bu, yaxşı göstəricidir.

“Bugün ölkəmizdə turizm sahəsində aparılan işlər dövlət siyasəti səviyyəsindədir, hazırkı il üçün hədəf 3,5-5 milyon turist göstəricisidir. Bu 2017 ilə nisbətən, 30-35% çoxdur”, - Allahverənov qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan üçün rekord göstəricinin əldə edilməsinin ilk mərhələsi artıq geridə qalıb:

“Turistlərin ölkəmizə axını üç mövsümdə müşahidə olunur. Bu, Novruz, Ramazan və yay vaxtlarıdır. Bu il Ramazan yay aylarına təsadüf edəcək. Məhz bu səbəblə biz bu dövr üçün böyük sayda turist gözləyirik”.

Saytın həmsöhbəti həmçinin Azərbaycan və Gürcüstanın turizm göstəricisi arasındakı oxşarlığı da nəzərə çatdırıb:

“Hər il Gürcüstanı 5,5 milyon turist ziyarət edir. Bizdə isə bu göstərici 2017-ci il üçün 2,7 milyondan bir qədər çoxdur. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf sürətini nəzərə alsaq, bir neçə ildən sonra bu göstərici ilə regionda lider ola bilərik”.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.