Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər - FOTO

Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər - FOTO
29 Mar 2018 16:09

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Realpess.az-in  Milli.Az-a istinadən verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 m, çiyinlərin eni 2 m, torpaq yatağının eni isə 12 m təşkil edəcək.


Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılır. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınlıqqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam bitəndən sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlərin yolun 7 m-lik hərəkət hissəsi də nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndis qurğularının inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 p/m olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.

Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 m olan 2 ədəd bir aşırımlı, 1 ədəd isə üç aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Həmçinin, sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

Sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin, 56 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.


Qeyd edək ki, sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin edəcək ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin, yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.




23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.