Pivə kişilərdə qadın hormonlarını artırır - FOTO

Pivə kişilərdə qadın hormonlarını artırır - FOTO
22 Mar 2018 19:44

Realpress.az Muscle Boost Baku-ya istinadla xəbər verir ki, ideal bədən ölçüsü, sağlam həyat tərzi, yüksək cinsi fəaliyyət istəyirsinizsə, alkoqollu içkilərdən, xüsusilə də pivədən uzaq durun. Çünki spirtli içki qəbul edilən zaman qaraciyərdən ifraz olunan maddə kişilər üçün ən vacib olan testosteron hormonunu azaldır. Pivə isə testosteronu qadın hormonları ilə əvəzləyir. Bu səbəbdən də pivə içən kişilərin qarnı hamilə qadınların qarnına bənzəyir.

Əgər mütləq ki içki içmək istəyirsəniz, onda qırmızı çaxıra üstünlük verin. O da ki çox az miqdarda... Qeyd edək ki, testosteron azalması zamanı cinsi istək, əzələ kütləsi azalır, əsəbilik və yorğunluq yaranır, sümüklər əriyir, depressiyaya səbəb olur.

Testosteron isə cinsi istəklə düz mütənasibdir. Belə ki, testosteron nə qədər çox olarsa, cinsi istək də o qədər çox olar.

Qeyd edək ki, kişilərin qadınlardan, keçəl kişilərin də saçlı kişilərdən az yaşamasının da bir səbəbi kimi testosteron hormonlarını göstərirlər.

Orta yaşlı qadının bədənindəki testosteron miqdarı 7 yaşlı oğlanın bədənindəki testosteronun miqdarından dəfələrlə azdır. Bu səbəbdən də qadınlar nə qədər idman etsələr də, əzələləri kobud forma almır.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.