Qurban Qurbanov: Mən VAR-ın tərəfdarı olmuşam

Qurban Qurbanov: Mən VAR-ın tərəfdarı olmuşam
22 Mar 2018 18:30


Sabah Belarusla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

realpress.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu bu oyuna ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir. Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq”.

- Legionerlərin durumu necədir? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində meydanda görə biləcəyik?

- Futbolçuların vəziyyəti yaxşıdır. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdur.

- Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var?

- Bu sistem yaranandan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda bu sistemdən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.

- Millinin əsas iki hücumçusu - Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi?

- Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunlarda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.

- Millətlər Liqası və AÇ-nin seçmə mərhələsinin sizin üçün fərqi var?

- Fərqli turnirlərdir. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdürlər. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.

- Oyun Olimpiya stadionunda olacaq. Ancaq bu arenaya yol bir qədər uzaqdı. Olmazdı ki, millinin oyunları Tofiq Bəhramov adına stadionda olsun?

- Azarkeş amili çox mühümdür. Əvvəl mən də ÇL-in qrup oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq orda oyunlar keçirdikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Narazı qalmadım. Daha çox azarkeş gəldi. Düzdür, nəqliyyatla bağlı müəyyən problemlər oldu. Amma həmin stadion Avropa standartlarına uyğun arenadır. Problem görmürəm. Hələ vaxtımız var. Ola bilsin, gələn oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda və ya başqa arenada olsun. Məncə, azarkeşlər də Olimpiya stadionunu seviblər. Hər şey azarkeşlər üçündür.

- Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət olundu. Bir müddət öncə isə o, Azərbaycan millisində çıxış etməyin əleyhinə olmadığını demişdi. Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” mümkün olacaq?

- Bütün futbolçuları izləyirik. Biz hansısa futbolçunun Azərbaycan millisi üçün faydalı olacağını düşünsək, onu yığmaya dəvət etməkdən çəkinməyəcəyik. Zamanı gəldikdə, lazım olan futbolçuları çağıracağıq.

- Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların saynın azalacağı güman olunurdu...

- Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.

www.realpress.az

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.