Ölümdən sonra həyat – 944 nəfər “ölüb-dirildi”

Ölümdən sonra həyat – 944 nəfər “ölüb-dirildi”
21 Mar 2018 23:56


Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.

realpress.az Publika.az-a istinadən xəbər verir ki, Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçirdiblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlər 20 dəqiqə müddətində kliniki ölüm keçirdiblər.

Mütəxəssislər iddia ediblər ki, bu proses insan orqanizmi üçün zərərli deyil. Prosesdən sonra həkimlər digər dərmanlardan ibarət qarışımı insan orqanizminə yeridib, qandakı ozonu filtrləyərək təmizləyiblər. Bu təcrübə kardiopulmonal adlı qurğunun icadından sonra baş tutub.

Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.

944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.

Mütəxəssislər əlavə edirlər ki, təcrübədə müxtəlif dindən olan insanlar iştirak ediblər. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər. Bu təcrübədə dini görüşləri bəlli olan şəxslərdən əlavə, ateistlər də iştirak ediblər.

Alimlərin fikrincə, kliniki ölüm anında şüur bədəndən ayrılır.

“Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var”, - Akkerman qeyd edir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.