Putindən Novruz təbriki

Putindən Novruz təbriki
21 Mar 2018 22:19


Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına təbriklərini çatdırıb.  

realpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, təbrik məktubunda bayramı qeyd edənlərə bol ruzi-bərəkət və ailə səadəti arzulayıb:

"Qədim tarixə malik olan Novruz bayramı bizim ölkədə yaşayan bir çox xalqların tarixinin, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Həmçinin Novruz  özlüyündə təbiətin oyanışını və yeni bir həyatın başlanğıcını əks etdirir”. 

Rusiya prezidenti həmçinin təbrik məktubunda bu cür adət-ənənələrin qorunub saxlanmasının vacib olduğunu da vurğulayıb:

"Yüz il əvvəl olduğu kimi bu gün də şəhər və kəndlərdə şənliklər təşkil olunur, ustaların əl işləri nümayiş olunur. Hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar. Təbii ki, belə bir əlamətdar gündə hər kəs öz yaxınlarını anmalı, diqqət və ehtiyacı olanlara kömək əli uzatmalıdır”.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.