Ruhun tərbiyəsi insanın öz əlindədir

Ruhun tərbiyəsi insanın öz əlindədir
21 Mar 2018 01:18

Realpress.az islam.az-a istinadən bildirir ki, ailədə ata-ananın davranışı, dostları və yoldaşları istər-istəməz uşağın xarakterinə təsir edib onu formalaşdırır. Əgər ailə və ictimai mühit safdırsa, uşağın xarakteri sağlam istiqamətdə inkişaf edir. Əks təqdirdə isə pis əməllər, eybəcərliklər uşağı öz təsiri altına alır. Nəticədə, çox qısa müddət ərzində yeniyetmə insan, onu əhatə edən mənfi mühitin ayrılmaz tərkib hissəsinə çevrilir. 

Qarşıya belə bir sual çıxır: İnsan öz əxlaqını islah edib, öz xasiyyətini dəyişdirə bilərmi? Görəsən, biz özümüzü istədiyimiz kimi formalaşdırmağa və tərbiyə etməyə qadirikmi? 

Özünüz düşünün, vəhşi heyvanlar belə əhliləşdirilib təlim edildikləri halda, necə ola bilər ki, yaranmışların ən üstünü olan insan bunu bacarmasın və özünü islah edə bilməsin? Bəli, xasiyyəti dəyişmək, vərdişləri tərgitmək insanın imkanı daxilindədir. Əsas odur ki, insan bunu istəsin, öz ağlını, təcrübəsini və iradəsini buna sərf etsin.

Əlbəttə, əxlaq kamilliyinə nail olmaq və pis vərdişlərlə mübarizə aparmaq heç də asan iş deyil. İnsan vücud etibarilə iki hissədən - ruh və cisimdən ibarətdir. Ruh insanı kamilliyə, mənəvi yüksəlişə səsləyir. Cisim (bədən) isə çalışır ki, öz tələbatını ödəsin. Cismin bütün ehtiyac və tələbləri maddidir, dünyəvidir. Var-dövlət, pul və vəzifə arzusu, cinsi ehtiraslar və s. bu kimi nəfsani istəklər daim insanı məşğul edir və onun diqqətini mənəvi təkamüldən yayındırır. Yalnız güclü iradəsi və sarsılmaz imanı olanlar bu kimi hisslərlə mübarizəyə girişir, onları cilovlamağa nail olurlar. Nəfsani istəklərlə mübarizə elə çətin işdir ki, Həzrəti Peyğəmbər (s.ə.s.) onu "cihadi-əkbər" (ən böyük cihad) adlandırmışlar. 

Məlumdur ki, İslamın ən vacib hökmlərindən biri cihaddır. Müsəlman torpaqlarını, habelə müqəddəs dini dəyərləri düşmən hədələyərsə, hamının vacib vəzifəsi silaha sarılmaqdır. Bu, şərəfli müharibədir; ölən kəs şəhiddir və hesabagəlməz savabların sahibidir. 

Lakin insanın öz nəfsi, daxili "mən"i ilə mübarizəsi xarici düşmənlə vuruşmaqdan daha çətindir, buna görə də onu cihadın ən uca mərtəbəsi kimi dəyərləndirmişlər. Belə rəvayət edirlər ki, Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) müsəlmanların bir dəstəsini hərbi yürüşə göndərmişdi. Əsgərlər qayıdıb gələndə Peyğəmbərimiz belə söyləyir: "Kiçik cihaddan üzüağ qayıdanlara əhsən olsun! Amma onların qarşısında hələ böyük cihad durur". Peyğəmbərdən: "Böyük cihad nədir?" - deyə soruşulduqda belə cavab verir: "Nəfslə mübarizə". 

Əziz müsəlman qardaşlar!

Hər hansı pis xasiyyətlə onun əmələ gəldiyi ilk vaxtlarda mübarizə aparmaq daha asan və səmərəlidir. Çünki bu zaman insan hələ həmin vərdişə tam öyrəşməmişdir və onu tərgitmək çox çətin olmaz. Lakin zaman keçdikcə mənfi xasiyyətlər insanın ruhuna hopur, onun ayrılmaz hissəsinə çevrilir. Bu zaman mübarizə etmək məsələsi xeyli çətinləşir. 

İslam əxlaqı barəsində yazılmış kitablarda bu prosesi obrazlı dillə belə təsvir edirlər: Çirkin xasiyyətlə yarandığı andan mübarizəyə başlamaq buna bənzəyir ki, insan ram olmayan atın belinə minir və at hər dəfə lazım olmayan yerə getmək istəyəndə insan yüyəni çəkməklə bunun qarşısını rahatca alır. Pis vərdiş möhkəmləndikdən sonra onunla mübarizə aparmaq isə buna bənzəyir ki, insan əvvəlcə atı sərbəst buraxır, o da gedib yad adamların əkin sahəsinə girir. Bir müddətdən sonra atın sahibi ayılıb onu əkindən çıxarmaq istəyir. Bunun üçün o, atın quyruğundan tutub dartır. Şübhəsiz, bu yolla atı əkin yerindən çıxarmaq əvvəlki üsuldan qat-qat çətindir. Əgər əvvəl atın yüyəni insanın əlində idisə, ikinci dəfə artıq ixtiyar onun əlindən çıxmışdır.

Həzrəti Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətində bu məsələyə işarə edərək belə buyurmuşdur: "Cavan adamın qəlbi becərilməmiş xam torpaq kimidir; hansı toxumu səpsən, qəbul edib cücərdər" ("Nəhcu'l-bəlağə"). Ona görə də lap yeniyetməlik çağlarından başlayaraq öz əxlaqımızı islah etməli, pis xasiyyətləri tərgitməliyik.

Hamınıza belə bir mübarizədə, bu böyük cihadda uğurlar arzulayırıq!

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.