Dörd televiziya ödənişli təşviqata qoşulub – QİYMƏTLƏR

Dörd televiziya ödənişli təşviqata qoşulub – QİYMƏTLƏR
19 Mar 2018 17:55


Azərbaycanda dörd televiziya aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacağını və təşviqat üçün qiymətləri açıqlayıb.

realpress.az-ın Report-a istinadən xəbərinə görə, “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının (ATV) qiymət cədvəlinə əsasən, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 36 (saat 10:00) manatdır. Bir saniyə efir vaxtının maksimum qiyməti isə 75 (saat 21:15) manatdır.

“Xəzər” televiziyasında çıxışın saniyəsi minimum 40 (saat 11:50), maksimum isə 100 manat (saat 20:20) müəyyən edilib.

ARB televiziyasında isə bu rəqəm 26 - 65 manat arasında dəyişir.

Qiymətlərə ƏDV daxil deyil.

Xatırladaq ki, İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Qeyd edək ki, MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov).


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.