Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb

Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb
19 Mar 2018 17:40


Xəzər Rayon Polis Şöbəsinin İstintaq komitəsinin əməkdaşları əvvəllər naməlum şəxslər tərəfindən təhqir edilmiş üç şəhid qardaşın abidəsini araşdırıblar.

Bu barədə realpress.az-a Xəzər Rayon Polis Şöbəsi məlumat verib.

Məlumatda deyilir:

“Hadisə yerində yanmış süni güllər aşkar edilib. Faktla bağlı istintaq tədbirləri aparılır”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Bakının Xəzər rayonunda Qarabağ müharibəsi şəhidlərinin abidəsinə qarşı vandalizm aktı törədilib.

Söhbət Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş üç qardaşın - Vidadi, Xaqani və Hasil Aslanovların abidəsindən gedir.

Şəhidlərdən birinin oğlu Cəsarət Aslanov realpress.az-a bildirib ki, naməlum şəxs çiçəkləri qıraraq, onları abidənin qarşısında yandırıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.