İlham Əliyevə dünya çempionatlarının biletləri təqdim edilib

İlham Əliyevə dünya çempionatlarının biletləri təqdim edilib
19 Mar 2018 17:05


Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. 

realpress.az-ın məlumatına görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda olublar. 

Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb.

Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.

Dövlət başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxıblar.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə baxıblar. Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olunub.

Dövlət başçısına cüdo üzrə dünya çempionatının ilk bileti də təqdim edilib. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izləyiblər. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşüblər. Azərbaycan prezidenti Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.