Şəhidin dəfnində xanımına mesaj gəldi: Mithatın intiqamını aldıq – VİDEO

Şəhidin dəfnində xanımına mesaj gəldi: Mithatın intiqamını aldıq – VİDEO
19 Mar 2018 16:29


“Zeytun budağı” əməliyyatı zamanı ağır yaralanmış hərbçi (piyada minbaşı - red.) Mithat Dunca cəmi üç gün sonra, Afrinin şəhər mərkəzi nəzarət alınan gün - martın 18-də dünyasını dəyişib.

realpress.az-ın xəbərinə görə, M.Duncanın doğulduğu Əskişəhərdə dəfn mərasimi zamanı duyğulu anlar yaşanıb.

Belə ki, həyat yoldaşını əbədiyyətə yola salan şəhid xanımı Lütfiyə Duncanın mobil telefonuna M. Duncanın Afrindəki hərbçi dostları tərəfindən videomesaj gəlib.

Mesajda bunlar deyilir:

“Bu zəfər (Afrinin mərkəzinin nəzarət altına alınması nəzərdə tutulur - red.)  başda Çanaqqala şəhidləri olmaqla, “Zeytun budağı”nda şəhid düşmüş 46 personalımıza və ASO-dan şəhid düşmüş personalımıza, o cümlədən, Şükrü Ünlü uzman çavuşumuza, Mithat Dunca minbaşıya ərməğan olsun. 

Mithat Duncanın xanımı Lütfiyə xanım, qardaşları Mustafa və Mətin bəy, Mithatın intiqamı yerdə qalmadı, intiqamını aldıq.

Lütfiyə xanım, siz artıq  rahat olun, burada 200 qardaşınız var”.

L. Dunca isə cavabında “sağ olsunlar, hamısı ilə qürür duyuruq”, - deyə bildirib.

“Həyat yoldaşımın intiqamını alıblar. O, rahat uyuyacaq. Bizim içimiz soyuyacaq. Sağ olsunlar”, - deyə əlavə edib.

Qeyd edək ki, şəhid minbaşının Zeynəb Naz Dunca adlı 13 yaşlı qızı var.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.