Ortalıqda meymunluq edən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq..." — ŞEYX ƏBDÜLDƏN QALMAQALLI AÇIQLAMA

Ortalıqda meymunluq edən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq..." — ŞEYX ƏBDÜLDƏN QALMAQALLI AÇIQLAMA
19 Mar 2018 15:30

Realpress.az istinadən xəbər verir ki,Kinorejissor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, E.Cəfərovu ərkyana tənqid edib:

"Elməddinin xətrini istəyirəm, o da ağsaqqal kimi mənim hörmətimi saxlayır. Nümunə gətirmək üçün onun adını dedim. Həm də Elməddinə ərkim çatır. Bu adamın potensialı var, antropologiyası da imkan yaradır ki, çox gözəl komediya aktyoru olsun. Amma özbaşına qalanda potensialından istifadə edə bilmir.  "Kəklikotu" filmindəki Elməddinə baxın. Orada mən də çəkilmişəm. Filmin rejissoru dedi ki, Elməddin deyir, Şeyx Əbdüllə çəkilsəm, sonra mənə nə deyər? Cəfərə dedim, ona denən ki, mənə zəng vursun. Danışdıq. Dedim ki, Elməddin, mən səninçün göydəndüşmə pedaqoqam. Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev mənim kursumu bitiriblər". 

Kinorejissor bildirib ki, istənilən şəxs aktyorluq edə bilər:

"Bu gün ortalıqda üzr istəyirəm, meymunluq eləyən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq "Kəklikotu" filminə çəkiliblər. Çünki o işdə yaxşı rejissor əli var. Deməli, bunlara yaxşı rejissor və pedaqoq əli lazımdır ki, potensiallarını açsınlar".

Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov bir müddət öncə aktyor Elməddin Cəfərovu tənqid edərək, Azərbaycan kinosunu ondan xilas etməyin lazım olduğunu demişdi.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.