Siyavuş Novruzov: YAP 40-dan çox mitinq keçirəcək

Siyavuş Novruzov: YAP 40-dan çox mitinq keçirəcək
19 Mar 2018 14:55


Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel Prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib.

realpress.az xəbər verir ki, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər.

YAP rəsmisi bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: 

“Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır”.

S. Novruzov deyib ki, YAP təbliğat-təşviqat dövründə 40-dan çox mitinq keçirəcək.

Onun sözlərinə görə, YAP qanunvericiliyə əsasən, əhaliyə təbliğat xarakterli materiallar paylayacaq.

“Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni saytda təbliğat imkanları genişdir.

Buradan namizədimiz, cənab prezident İlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar”, - deyə S. Novruzov qeyd edib.


23 Apr 2024
Siyasət

İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”

“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb

23 Apr 2024
Siyasət

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

“Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib”.

23 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”

“Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı”.

23 Apr 2024
Siyasət

“COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq”

“Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir”.

23 Apr 2024
Siyasət

Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”

“COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq”.